UEFA Millətlər Liqasının ilk 4 turunun oyunlarından sonra milli komandaların ən yaxşı futbolçularının adlarını açıqlayıb.

UEFA Millətlər Liqasının ilk 4 turunun oyunlarından sonra milli komandaların ən yaxşı futbolçularının adlarını açıqlayıb. Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasında Emin Mahmudov hamını qabaqlayıb.
 
“Neftçi”də çıxış edən 30 yaşlı yarımmüdafiəçi 119 xalla ilk pillədə yer alıb. Onu hərəyə 113 xalla “Qarabağ”dan qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Bəhlul Mustafazadə izləyir.
 
Xatırladaq ki, C Liqasında mübarizə aparan Azərbaycan milli komandası 3-cü qrupda keçirdiyi matçlarda Qazaxıstan (0:2) və Slovakiyaya (0:1) uduzub, Belarusla səfərdə heç-heçə (0:0) edib, evdə isə bu komandaya 2:0 hesabıyla qalib gəlib. Canni De Byazinin başçılıq etdiyi kollektiv hazırda 4 xalla 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest