Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) növbəti oyununu keçirib.

çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Portuqaliyanın Nazare şəhərində Almaniya yığması ilə qarşılaşan millimiz 6:5 hesablı qələbə qazanıb. 
 
Hüseyn Axundovun dubl etdiyi oyunda millimzin digər qollarını Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov və Elçin Qasımov vurub. 
 
Komandamız seçmə mərhələdə növbəti oyununu sabah İspaniya millisinə qarşı keçirəcək. Yığma ilk oyunda İtaliyaya 3:7 hesabıyla uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest