İtaliyanın "Roma" klubu gənc hücumçusu Feliks Afena-Qyan ilə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 4 illik yeni sözləşmə imzalayıblar. 
 
Feliks Afena-Qyan "Roma"ya 2021-ci ilin əvvəlində cəlb olunub. O, ötən ildən Joze Mourinyonun istəyi ilə əsas komandaya cəlb olunub. Gənc forvard bu komandada 22 oyuna çıxıb, 2 qol vurub.
 
Feliks Qana millisində də 6 oyunda 1 qola imza atıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest