"Mançester Siti"nin yeni transferi Erlinq Haalandın forma nömrəsi müəyyənləşib. Matc.az xəbər verir ki, norveçli hücumçu 9 nömrəli forma ilə çıxış edəcək. Məlumatı klubun mətbuat xidməti yayıb. 
 
Bu nömrə ilə ötən mövsüm Qabriel Jesus oynayırdı. O, bu yay "Arsenal"a keçib.
 
Xatırladaq ki, Haland sabiq klubu Dortmund "Borussiya"sında da 9 nömrəli forma ilə çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest