Bu barədə matc.az saytına açıqlamasında "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadənin meneceri Səbuhi Səfiyarlı futbolçunun Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubu ilə davam edən hüquqi mübarizəsi barədə məlumat verərkən deyib.

"Bəhlul Mustafazadənin "Əl-Əyn" klubu ilə işi hələ də FIFA-dadı". Bu barədə matc.az saytına açıqlamasında "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadənin meneceri Səbuhi Səfiyarlı futbolçunun Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubu ilə davam edən hüquqi mübarizəsi barədə məlumat verərkən deyib.
 
Səfiyarlı bildirib ki, artıq birinci mərhələdən qərar çıxıb, ərəblərin izahı istənilib: "Bizim müraciətimiz haqlı sayılıb. Müdafiə üçün qarşı tərəfə müraciət edilib. Həmin klubun nümayəndələri cavabı FIFA-ya göndərib. çox güman ki, 2-3 həftə ərzində FIFA nəticə çıxaracaq. Bizim qalib gəlmək şansımız çoxdu".
 
Menecerin sözlərinə görə, FIFA təzminat məbləğini özü müəyyənləşdirəcək: "Əlbəttə ki, təzminat məbləği var. Amma bunun nə qədər olacağını FIFA müəyyənləşdirəcək. Futbolçu nə qədər məbləğ istəyib, ali futbol qurumu onun əsasında rəqəm fikirləşir".
 
Qeyd edək ki, Bəhlul Mustafazadə ötən ilin yayında "Sabah"dan "Əl-Əyn"a keçsə də, imzalanan müqaviləyə baxmayaraq, Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi sonradan transferdən imtina edib. 25 yaşlı müdafiəçi isə daha sonra "Qarabağ"a keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest