Futbol üzrə Kolumbiya milli komandasının sabiq hücumçusu Karlos Bakka İspaniyanın "Qranada" klubundan ayrılıb. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi ilə müqaviləsinin müddəti bitən futbolçu azad agent kimi ölkəsinə qayıdıb.
 
O, bundan sonra "Atletiko Junior" klubunun uğurları üçün çalışacaq. Bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb. Lakin 35 yaşlı hücumçu ilə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb. 
 
Karlos Bakka məhz "Atletiko Junior" klubunun yetirməsidir. O, peşəkar karyerasına da sözügedən klubda başlayıb. Futbolçu Avropada "Brügge", "Sevilya", "Milan" və "Vilyarreal"da da forma geyinib. O, 2021-ci ilin iyulundan "Qranada"da çıxış edirdi. Bakka Kolumbiya millisində 52 oyuna 16 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest