Türkiyənin "Kasımpaşa" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi kamerunlu hücumçu Stefan Bahoken və Türkiyə əsilli almaniyalı yarımmüdafiəçi Turqay Gəmiçibaşını transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent kimi transfer olunan Bahoken 2 illik müqaviləyə imza atıb. Gəmiçibaşı isə Avstriyanın "Austria Klaqenfurt" klubundan satınalma şərti ilə icarəyə götürülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest