"Qarabağ"ın yeni transferi Julio Romao UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsveçrə çempionu "Sürix"ə qarşı oyunlarda iştirak edə biləcək. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, 24 yaşlı yarımmüdafiəçi İsveçrə təmsilçisi ilə görüşlər üçün sifariş olunub.
 
Yeri gəlmişkən, "Qarabağ"ın Julio Romao üçün Portuqaliyanın "Santa Klara" klubuna ödədiyi məbləğ də bəlli olub. "Record" nəşrinin yaydığı məlumata görə, Portuqaliya təmsilçisi bu keçid üçün təxminən 200-300 min avro arası qazanacaq.
 
Julio Romao 2020-ci ilin avqustundan "Santa Klara"nın formasını geyinirdi. Braziliyalı oyunçu Azərbaycan çempionu ilə 4 illik müqaviləyə imza atıb.
 
Xatırladaq ki, "Qarabağ"la "Sürix" arasındakı ilk matç sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasındakı vavab matçı isə iyulun 27-də İsveçrədə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest