Bu gün futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Rekord.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunmuş mərasimdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri müəyyənləşib.
Ağdam klubu UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə təmsilçisi "Sürix"ə iki oyunun yekununda məğlub olacağı halda, Avropa Liqasında çempionlar yolunda çıxış edəcək.
Bu cütdə uduzan tərəf çempionlar Liqasında mübarizəni dayandıran komandalardan birinə rəqib olacaqdı. Püşkə əsasən, "Qarabağ" – "Sürix" duelində uduzan tərəf "Linfild" (Şimali İrlandiya)/"Bodo Qlimt" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək. "Qarabağ"la "Sürix"dən Avroliqaya gedən tərəf ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, Avroliqada 3-cü təsnifat mərhələsinin ilk oyunları 4 avqustda, cavab görüşləri isə 11 avqustda keçiriləcək.
Avropa Liqası
3-cü təsnifat mərhələsi
çempionlar yolu
Jalgiris (Litva)/Malmö (İsveç) cütünün məğlubu – Pünik (Ermənistan)/Düdelanj (Lüksemburq) cütünün məğlubu
Ludoqorets (Bolqarıstan)/Şemrok Rovers (İrlandiya) cütünün məğlubu – Dinamo (Zaqreb, Xorvatiya)/Şkupi (Şimali Makedoniya) cütünün məğlubu
Linfild (Şimali İrlandiya)/Bodo Qlimt (Norveç) cütünün məğlubu –Qarabağ (Azərbaycan)/Sürix (İsveçrə) cütünün məğlubu
Makkabi (Hayfa, İsrail)/Olimpiakos (Yunanıstan) cütünün məğlubu – Ferentsvaroş (Macarıstan)/Slovan (Bratislava, Slovakiya) cütünün məğlubu
Maribor (Sloveniya)/Şerif (Moldova) cütünün məğlubu – HJK (Finlandiya)/Viktoriya (Plzen, çexiya) cütünün məğlubu
Əsas yol
Dinamo (Kiyev, Ukrayna)/Fənərbaxça (Türkiyə) cütünün məğlubu – Slovaçko (çexiya)
Midtyulland (Danimarka)/AEK (Larnaka, Kipr) cütünün məğlubu – Partizan (Serbiya)