İtaliyanın "Milan" klubu futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
İsveçli hücumçu ilə sözləşmə 2023-cü ilin yayınadək uzadılıb. O, yenə 11 nömrəli formanı geyinəcək.
 
Oktyabrın 3-də 41 yaşı tamamlanacaq forvard "Milan"da ilk dəfə 2010-2012-ci illərdə forma geyinib. O, komandaya 2020-ci ilin yanvarında qayıdıb.
 
İbrahimoviç klubun heyətində ümumilikdə 158 oyuna 92 qol və 35 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli hücumçu İtaliya Super Kubokunu və iki dəfə ölkə çempionluğunu əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest