Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Makkabi" (Təl-Əviv, İsrail) oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, bu barədə "Zirə"nin mətbuat xidməti məlumat yayıb.
 
Belə ki, sabah - 20 iyulda əvvəlcə "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı olacaq. Gənc mütəxəssis saat 17:30-da jurnalistlər önünə çıxacaq. 18:00-da isə komandanın Bakı Olimpiya Stadionunda media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) başlayacaq.
 
18:45-də isə "Makkabi"nin baş məşqçisi Vladimir İviçin mətbuat konfransı keçiriləcək. 19:30-da da "Dalğa Arena"da media üçün açıq məşqə (ilk 15 dəqiqəsi) start veriləcək.
 
Bakı Olimpiya Stadionunda "Dalğa Arena"ya jurnalistlərin aparılması üçün avtobus ayrılacaq.
 
"Zirə" – "Makkabi" matçı iyulun 21-də "Dalğa Arena"da keçiriləcək. Bu oyuna saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest