Futbol üzrə Xorvatiya çempionatında 2-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Slaven Belupo" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:1.
 
Mahir Emreli bu görüşün iştirakçısı olmayıb. Zədədən sonra bərpa dövrü keçən azərbaycanlı futbolçu matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
Son Xorvatiya çempionu olan "Dinamo" 2 turdan sonra maksimum nəticə ilə zirvədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest