21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Ricat Qarayev karyerasını Polşada davam etdirəcək. Matc.az xəbər verir ki, 23 yaşlı müdafiəçi 4-cü liqa təmsilçisi "Şetsinek"lə anlaşıb.
 
Xatırladaq ki, Ricat Qarayev karyerası ərzində "Neftçi", "Sumqayıt", "Şamaxı" və "Sabah"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest