Kiprin "Aris" klubunun prezidenti Vladimir Fyodorov Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyunda qazandıqları 2:0 hesablı qələbədən danışıb. Matc.az xəbər verir ki, o, bunları söyləyib:
 
"Neftçi" üzərində qələbə əsl bayramdır. Bu, düzgün yol seçdiyimizin təsdiqidir. Ancaq bu sadəcə, irəliyə doğru bir addımdır. Biz Avropa klub arenasında sabit olmaq istəyirik".
 
"Neftçi" və "Aris" arasındakı cavab qarşılaşması sabah Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest