Azərbaycan Minifutbol Federasiyasının (AMF) dəvəti ilə ölkəmizə səfər edən Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda, qurumun vitse-prezidenti Peter Kralik və Avropa Minifutbol Federasiyasının (EMF) prezidenti Borislav Aleksandrov Bakıda yerləşən bir neçə idman kompleksləri ilə tanış olublar. Matc.az xəbər verir ki, "Milli Gimnasitka Arena"sı, "Sport Plaza Hotel & Apartments", "Heydər Əliyev adına İdman Konsert Kompleksi", "Bakı Kristal Zalı" və "Su İdman Sarayı"nı ziyarət edən qonaqlar paytaxtımızın idman infrastukturunu yüksək qiymətləndirdilər.
 
Sözügedən idman qurğularına məsul şəxslər bu komplekslərdə təşkil olunmuş iri miqyaslı yarışlarla bağlı səfər edən nümayəndə heyətinə geniş məlumat verdilər.
 
Aç-2024-ün Bakıda təşkil edilməsi üçün kifayət qədər idman qurğularının mövcudluğunu vurğulayan WMF və EMF rəhbərliyi paytaxtımızın qitə çempionatına ev sahibliyi şansını yüksək dəyərləndiriblər.
 
Sonda qonaqlar Avropa çempionatına ev sahibliyi hüququnun Bakıya həvalə ediləcəyi təqdirdə tədbirin mötəbər səviyyədə keçiriləcəyinə inandıqlarını ifadə ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest