"Qarabağ" çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"u ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, macarların baş məşqçisi Stanislav çerçesov olduğundan, Rusiya mətbuatı da bu oyuna böyük diqqət ayırır. Jurnalistlər ayrı-ayrı mütəxəssislərin fikirlərini öyrənirlər.
 
Rusiya yığmasının və "Mançester Yunayted"in sabiq futbolçusu Andrey Kançelskis də "Qarabağ" – "Ferentsvaroş" cütü haqda danışıb:
 
"Təbriklər, çerçesov! "Slovan"a qarşı yekun hesab hər şeyi deyir. Bundan sonra "Qarabağ"la maraqlı oyun olacaq. Orada uzun müddətdir yaxşı məşqçi (Qurban Qurbanov) işləyir. Hətta bir-iki dəfə onunla söhbət də etmişəm.
 
"Qarabağ" "Sürix"ə qalib gəldi. İsveçrə klubunu keçmək olduqca əhəmiyyətli və dəyərlidir. Hər halda, çerçesova uğurlar arzulayıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest