Vladiqafqaz "Alaniya"sının 1995-ci ildə qazandığı çempionluq kubokunun oğurlandığı barədə məlumat vermişdik. Matc.az xəbər verir ki, klub rəhbərliyi bu oğurluqla bağlı polisə müraciət etməyi planlaşdırmır. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb: 
 
"Kubok tapılmadı. Polisə müraciət etməyəcəyik. Bunun heç bir əhəmiyyəti yoxdur. Bizə bildiriblər ki, kubokun surəti üç ay ərzində hazırlanacaq".
 
"Alaniya"nın çempion olduğu komandanın heyətində Azərbaycan futbolunun əfsanəsi Nazim Süleymanov da olub. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest