İsrailin "Makkabi" (Təl-Əviv) komandasının baş məşqçisi Vladimir İviç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

İsrailin "Makkabi" (Təl-Əviv) komandasının baş məşqçisi Vladimir İviç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Matc.az xəbər verir ki, o, qolsuz bitən matçdan (ilk oyun 3:0) sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Kifayət qədər yaxşı oynamadığımızı düşünürəm. özümüzü inkişaf etdirməliyik. Burada problemlərimizi təhlil etməyəcəyəm. Bunu futbolçularla öz aramızda danışacağıq.
 
Bu matça yaxşı hazırlaşmamışqdıq. Oyunçularım sanki meydanda deyildilər. İlk görüşdəki qələbənin təsiri hiss olunurdu. Hələ yaxşılaşdıracağımız çox şey var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest