2022/23 mövsümü üçün hazırlığını Türkiyənin Ankara şəhərində davam etdirən "Sumqayıt" sözügedən ölkədə sonuncu yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Aleksey Baqanın baş məşqçisi olduğu komanda son İran çempionu "İstiqlal"la üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.
 
Xatırladaq ki, bu gün keçiriləcək bərpa məşqi ilə "Sumqayıt" FK 2022/23 mövsümü üçün hazırlıq prosesinin 2-ci mərhələsini yekunlaşdıracaq. Komanda 30 iyulda Azərbaycana qayıdacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest