Zaqreb "Dinamo"sunun azərbaycanlı hücumçusu Mahir Emreli Xorvatiya çempionatının 3-cü turunda "İstra 1961" üzərində qazandıqları 4:1 hesablı qələbəni şərh edib. Matc.az xəbər verir ki, o, matçdan sonra klubun televiziyasına açıqlamasında bunları söyləyib:
 
"Şadam ki, biz qalib gəldik. Qol isə mənim üçün əlavə desert oldu. Vacib olan 3 xalı qazanmaq idi. Zədə məni uzun müddət narahat edirdi. Hazırda özümü yaxşı hiss edirəm və komandaya kömək etməyə hazıram. Növbəti görüşlərdə nə qədər şans qazanacağımı deyə bilmərəm. Ancaq əlimdən gələnin ən yaxşısını edəcəyəm. ümid edirəm ki, oyundan-oyuna öz formamı yaxşılaşdıracağam".
 
Emreli artıq 6 oyunu buraxdığını söyləyib: "Ağır zədədən sonra əvvəlki formaya geri qayıtmaq çətindir. Amma çalışacağam ki, əvvəlki formamı bərpa edim. Zədə həyatımızın bir hissəsidir. Biz möhtəşəm komandayıq və hamı ilə meydandan kənarda da yaxşı münasibətim var. Ona görə də zədəli olduğum vaxt psixoloji cəhətdən çətinlik çəkmədim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest