"Qarabağ" klubu Macarıstan "Ferenstvaroş"una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan əvvəl azarkeşlərə müraciət edib.

"Qarabağ" klubu Macarıstan "Ferenstvaroş"una qarşı keçirəcəyi UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan əvvəl azarkeşlərə müraciət edib. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "köhlən atlar"ın ev oyunlarında biletlərlə bağlı bütün səlahiyyətlər bundan sonra "iTicket" şirkətinə həvalə edilib.
 
Bildirilib ki, biletlərlə bağlı hər hansı istək və suallar yaranacağı təqdirdə "iTicket" şirkətinə müraciət etmək lazımdır.
 
"Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest