Fransanın "Renn" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərənin "Tottenhem" klubunun müdafiəçisi Co Rodonu heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı mlumat yayıb. Uelsdən olan 24 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb.
 
Co Rodon "Suonsi Siti"nin yetirməsidir. O, 2018-ci ildə "çeltnem Taun"da da icarədə oynayıb. Uelsli futbolçu 2020-ci ildən "Tottenhem"də çıxış edir. Lakin əsas heyət üzvünə çevrilə bilməyən müdafiəçi, burada cəmi 24 oyuna çıxıb. Mərkəz müdafiəçisi Uels yığmasında 28 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest