çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Bakı "Su İdman Sarayı"nın ərazisindəki çimərlik futbolu meydançasında Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb.
 
Millimizin qollarını Bayram Paşazadə, Ramil Əliyev və İsa Zeynallı vurub.
 
Xatırladaq ki, Azərbaycan yığması bu rəqibə qarşı keçirdiyi əvvəlki yoxlama oyunlarından da 6:4 və 4:1 hesablı qələbələrlə ayrılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest