Futbol üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıb. Matc.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda B qrupundakı ilk sınağında Səudiyyə Ərəbistanı seçməsi ilə qarşılaşıb.
 
Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qol əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə vurulub.
 
Bu qrupun digər görüşündə Mərakeş millisi İrana 3:0 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest