Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan voleybol üzrə qadın və kişilərdən ibarət Azərbaycan yığmalarının növbəti rəqibləri müəyyənləşib. Matc.az xəbər verir ki, yarımfinalda İran yığmalarına məğlub olan Azərbaycan milli komandaları avqustun 15-də bürünc medal uğrunda mübarizə aparacaqlar.
 
Kişilərdən ibarət yığmamız üçüncü yer uğrunda görüşdə Türkiyə kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
 
Qadın voleybolçulardan ibarət milli isə bürünc medal uğrunda matçda Kamerunu sınağa çəkəcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 14:00-da veriləcək.
 
İslam Həmrəyliyi Oyunları
Bürünc medallar uğrunda görüş
15 avqust
 
(Kişilər)
11:00. Türkiyə - Azərbaycan
 
(Qadınlar)
14:00. Azərbaycan - Kamerun

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest