Futbol üzrə Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Axmat"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
 
Ayaz bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Ximki" 5 turdan sonra 7 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest