Region Liqası turnirinin 2022/2023-cü illər mövsümündə iştirak edəcək komandaların geyim dəstləri ilə təmin olunması ilə əlaqədar AFFA tender elan edib. Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, tenderə əsasən şirkətlər 1540 sayda oyun forması, 1680 sayda getr, 910 sayda idman kostyumu, 140 sayda qapıçı forması və 910 sayda idman çantasını təmin etmək iqtidarında olmalıdır.
 
Tenderdə iştirak üçün son müraciət tarixi sentyabrın 2-si saat 17:00-dəkdir. Şirkətlərin göstərilən bütün ləvazimatlar üzrə nümunə təqdim etməyi vacibdir. Hər məhsul çeşidindən 1 ədəd nümunə təqdim edilməlidir. Bunun üçün son tarix oktyabrın 5-dəkdir. Qeyd olunan ləvazimatların nümunəsi qiymət təklifi ilə birlikdə təqdim edilməlidir.
 
Şərtlərə əsasən, ilkin olaraq 50%, məhsullar təhvil verildikdən sonra qalan 50% pul ödənilməlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest