Almaniya çempionu “Bayern” Gürcüstandan olan Luka Parkadzeni transfer edib. Matc.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
O, bir müddət Münhen klubunun düşərgəsində baxışda olub və məşqçilər korpusunun etimadını qazana bilib. Yeniyetmə futbolçu Almaniya nəhəngi ilə müqavilə imzalasa da, bu mövsümü Tiflis “Dinamo”sunda keçirəcək.
 
Parkadze Gürcüstanın U-17 və U-18 millilərində çıxış edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest