20 Avqust 2022, 10:26
TOP OYUNLARI
Azərbaycanın voleybol milliləri bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oyuna çıxacaqlar. Matc.az xəbər verir ki, İslamiadanın bürünc medalçısı olan qadın voleybolçulardan ibarət millimiz bu gün seçmə mərhələdə ilk matçını keçirəcək. Rəqib qonşu Gürcüstan yığması olacaq. Oyun Bakıdakı Voleybol Mərkəzində baş tutacaq.
Kişilərdən ibarət millimiz isə Aç-nin təsnifat mərhələsində sonuncu matçına çıxacaq. Azərbaycan millisi bundan əvvəlki üç matçından məğlub ayrılıb. Türkiyəyə həm evdə, həm də səfərdə uduzan komandamız, Danimarkaya da Bakıda 1:3 hesabı ilə məğlub olmuşdu. Budəfəki oyun isə Danimarkanın Midlfart şəhərində baş tutacaq.
Aç-nin seçmə mərhələsi (qadınlar)
18:00. Azərbaycan – Gürcüstan
Aç-nin seçmə mərhələsi (kişilər)
21:00. Danimarka – Azərbaycan