"Arsenal"ın baş məşqçisi Mikel Artetanın oğlu ilk dəfə klubun gənclər komandasının heyətində çıxış edib.

Matc.az xəbər verir ki, 16 yaşlı Qabriel Arteta Bernal U-18 komandasının heyətində "Blekbörn"ə qarşı oyunda debüt edib. Gənc futbolçu 70-ci dəqiqədə meydana daxil olub və komandasının 3:0 hesablı qələbəsində pay sahibi olub.

Qabriel bundan əvvəl "İpsviç Taun"la yoldaşlıq oyunu üçün heyətə daxil edilsə də, "Blekbörn"lə qarşılaşma onun gənclər komandasında rəsmi debütü olub.

Gənc oyunçu yarımmüdafiəçisi kimi çıxış edən atasından fərqli olaraq vinger mövqeyini seçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest