23 Aprel 2026, 11:53
FUTBOL
Bakı klubu ölkə kuboku tarixinə evdə 20 və daha çox qol vuran 30-cu komanda kimi düşüb. 13-cü ev görüşünə çıxan “Sabah” qol sayını 21-ə çatdırıb. Orta məhsuldarlıq 1,62-yə bərabərdir.
“Sabah” Azərbaycan kubokunda 20-ci ev qoluna imza atıb.
Matc.az xəbər verir ki, bu topu Velko Simiç vurub. O, 1/2 finalın “Qarabağ”la cavab görüşündə (2:1) hesabı bərabərləşdirib.
Bakı klubu ölkə kuboku tarixinə evdə 20 və daha çox qol vuran 30-cu komanda kimi düşüb. 13-cü ev görüşünə çıxan “Sabah” qol sayını 21-ə çatdırıb. Orta məhsuldarlıq 1,62-yə bərabərdir.
Qeyd edək ki, evdə ən çox qola imza atan komanda “Qarabağ”dır. Ağdam təmsilçisi 193 dəfə fərqlənib.



_1776947782.jpg)

_1776942618.jpg)






