"Barselona"nın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin əsas üzvlərindən olan Lamin Yamal sıradan çıxıb.

İspaniyalı vinger La Liqanın XXXII turunun "Selta" ilə oyununda ayaq əzələsindən zədə alıb. İlkin ehtimallara görə, Yamalın zədəsi ciddidir. 18 yaşlı futbolçunun mövsümün qalan hissəsini buraxacağı gözlənilir.

Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 45 rəsmi matçda 24 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest