Serxio Buskets cari mövsümün sonunda "Barselona"nı tərk edə bilər. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi maaşı ilə bağlı güzəştə getməyə razılaşmayıb.
 
Bu səbəbdən, Buskets gələn yay başa çatacaq müqaviləsini yeniləməyəcək. O, İspaniya yığmasındakı karyerasını da bitirə bilər.
 
"Barselona"nın yetirməsi olan Buskets əsas komandada 681 oyuna çıxıb, 18 qol vurub, 43 məhsuldar ötürmə edib. O, Kataloniya təmsilçisi ilə 8 dəfə İspaniya La Liqasını və super kubokunu qazanıb, 7 dəfə ölkə kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest