Futbol üzrə Almaniya 3-cü liqasında 5-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Saarbrüken"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Nazarov da bu matçin iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb, 90+2-də isə sarı vərəqə alıb.
 
"Ersgebirge" 5 turdan sonra 3 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest