"Sabah" azarkeşləri yenicə qız övladı dünyaya gələn komandanın bombardiri Coy-Lens Mikelsi özünəməxsus şəkildə təbrik ediblər. Matc.az xəbər verir ki, onlar Premyer Liqanın 3-cü turu çərçivəsində baş tutan "Neftçi" ilə oyunda bununla bağlı xüsusi pankart hazırlayıblar.
 
Pankartda "Ailəmizə xoş gəldin, Nia Mikels" sözləri qeyd olunub. Matçdan sonra Coy-Lens Mikels azarkeşlərin asdığı pankarta yaxınlaşaraq onu öpüb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest