İtaliyanın "Roma" klubunun yarımmüdafiəçisi Corcinyo Veynaldum ağır zədə alıb. Matc.az xəbər verir ki, məşq zamanı 32 yaşlı yarımmüdafiəçinin sağ ayağının baldır sümüyü sınıb.
 
"Canavarlar" niderlandlı oyunçunu zədələyən komanda yoldaşının adını açıqlamayıb. Paytaxt təmsilçisi bunun bir bədbəxt hadisə olduğunu düşünür. 
 
Veynaldumun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
 
Xatırladaq ki, Corcinyo Veynaldum "Roma"ya bu ay Fransanın PSJ klubundan icarə əsasında gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest