2004-cü ildə "qızıl top"u qazanan, keçmiş ukraynalı hücumçu Andrey Şevçenkoya "Ukrayna Milli Əfsanəsi" mükafatı təqdim edilib. Matc.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna millisinin və İtaliyanın "Cenoa" klubunun sabiq baş məşqçisinə mükafatı təntənəli mərasimdə ölkə prezidenti Volodimir Zelenski şəxsən təqdim edib.
 
"Dinamo"nun (Kiyev) və Ukrayna millisinin əfsanəsi. çempionlar Liqası və "qızıl top"un qalibi. Bu və bir çox başqa titullar onu bütün dünyada məşhurlaşdırdı" – Zelenskinin "telegram" kanalındakı paylaşımında belə yazılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest