"Barselona"nın müdafiəçisi Jül Kunde avqustun 31-dən əvvəl cari mövsüm üçün sifariş elan edilmədiyi təqdirdə, yay transfer pəncərəsinin sonunda klubla müqaviləni ləğv etmək imkanına sahib olacaq. Matc.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb. Xəbərdə bildirilir ki, bu maddə 23 yaşlı fransalı futbolçunun müqaviləsində yer alıb.
 
Kunde iyulun sonunda "Sevilya"dan 50 milyon avroya "Barselona"ya keçib. Lakin o, Kataloniya klubunun bu mövsüm üçün sifariş edə bilmədiyi yeganə yeni oyunçu olaraq qalır. Kundeni heyətə cəlb etmək üçün "Barselona"nın əlavə 20 milyon avroya ehtiyacı olduğu bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest