2018-ci ilin "Qızıl top" mükafatçısı, Çempionlar Liqasının altıqat qalibi olan xorvatiyalı yarımmüdafiəçi Luka Modriç 2026/27 mövsümündə İtaliyanın "Milan" klubunda çıxışını davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Luka Byankin öz "X" sosial şəbəkə səhifəsində məlumat paylaşıb.

Bildirilir ki, "Milan"ın baş məşqçisi Ruben Amorim Modriçlə danışıqlar aparıb və xorvatiyalı futbolçu klubda qalmaq istədiyini bildirib. Yaxın vaxtlarda Modriç karyerasını davam etdirmək imkanlarını tam nəzərdən keçirəcək, daha sonra isə rəsmi açıqlama veriləcək.

40 yaşlı futbolçu 2025-ci ilin iyulundan İtaliyanın "Milan" klubunda çıxış edir. 2012-ci ilin yayından isə xorvatiyalı oyunçu İspaniya "Real"ının üzvü olub. Madrid klubu ilə birlikdə o, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə klublararası dünya çempionatının qalibi olub, 4 dəfə İspaniya çempionatını, 2 dəfə ölkə kubokunu və 5 dəfə Superkuboku qazanıb.

Yarımmüdafiəçi 2018-ci ildə "Qızıl top"a layiq görülüb. Karyerası ərzində o, həmçinin İngiltərənin "Tottenhem", Xorvatiyanın "Dinamo", "İnter", Bosniya və Herseqovinanın "Zrinski Mostar" klublarının şərəfini qoruyub.

Qeyd edək ki, Modriç Xorvatiya millisinin heyətində dünya çempionatlarının gümüş (2018) və bürünc (2022) mükafatçısıdır. 2026-cı il dünya çempionatı onun karyerasında beşinci dünya birinciliyi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest