İngiltərə millisi azarkeşlərinin dünya çempionatının 1/8 final mərhələsində Meksikaya qarşı keçiriləcək oyun üçün ilkin olaraq əldə etdikləri biletlər FİFA-nın rəsmi portalında kəskin şəkildə qaldırılmış qiymətlərlə yenidən satışa çıxarılıb.

Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, ilkin qiyməti 605 dollar (460 funt-sterlinq) olan ən bahalı biletlər hazırda hər biri 30 000 dollara (22 800 funt-sterlinq) təklif edilir. Alıcı üçün nəzərdə tutulan 15 faizlik FİFA komissiyası da daxil olmaqla, biletin ümumi dəyəri 34 500 dollara (26 220 funt-sterlinq) çatır ki, bu məbləğ də nominal qiymətdən 57 dəfə baha deməkdir.

Nominal qiyməti 295 dollar (224 funt-sterlinq) olan ən ucuz bilet isə hazırda 3448 dollara (2620 funt-sterlinq) satılır ki, bu da ilkin qiymətdən təxminən 12 dəfə baha təşkil edir.

Son 3 gün ərzində qiymətlər daha üçdə bir qədər artıb, halbuki pley-off mərhələsinin digər oyunlarına biletlər ucuzlaşmaqda davam edir.

Qeyd edək ki, dünya çempionatı 2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir. Turnirin formatının dəyişməsi səbəbindən tarixdə ilk dəfə olaraq rəsmi mərhələyə 48 komanda vəsiqə qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest