Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayev AFFA-nın keçmiş baş katibi Elxan Məmmədovla arasında ədavət olduğu barədə fikirlərə münasibət bildirib. Matc.az xəbər verir ki, o, korner.az saytına müsahibəsində bunları söyləyib:
 
"Elxan Məmmədovla aramda heç vaxt düşmənçilik olmayıb. Kənardan elə görürdünüz. Bax, bu dəqiqə zəng edim, ilk sözü "bəli, qardaş, eşidirəm" olacaq. Elxan ən şad günümdə də, ən ağır günümdə də yanımda olub. Anam rəhmətə gedəndə eşidən kimi gəlmişdi, çəkdi qırağa ki, Ramin müəllim, birdən nəsə ehtiyacın olar. Ailəmdə iki dəfə xeyir iş olub, ikisində də ailəsi ilə əvvəldən axıra qədər iştirak edib. Mən onun səmimiyyətinə həmişə inanmışam, bu gün də inanıram. Elxan müəllim kənardan göründüyü kimi deyil".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest