Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə ilk yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
 
Bu komandalar arasında növbəti oyun avqustun 25-də baş tutacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest