"Komandamızla həmişə fəxr edirik! Uğurlar, "Qarabağ!" 
 
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Twitter" hesabında yazıb.
 
"Qarabağ" UEFA çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib. Azərbaycan çempionu çexiyada "Viktoriya" (Plzen) komandasının qonağı olub. Görüş Ağdam klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
 
Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə "Viktoriya"ya uduzan "Qarabağ" çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest