Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Eldar Yusubovun baş məşqçi olduğu kollektiv D qrupundak 2-ci matçında Gürcüstanın qonağı olub.
 
Tiflisdəki "Yeni Voleybol Arena"sında baş tutan görüş Azərbaycanın 3:0 (25:14, 25:14, 25:7) hesablı qələbəsi ilə başa çatıb.
 
Milli komanda Bakıdakı qarşılaşmada da bu rəqibi eyni hesabla məğlub etmişdi.
 
Azərbaycan D qrupunda növbəti rəqibi Avstriya olacaq. Oyun avqustun 28-də Bakıda baş tutacaq. Qrupda ilk 2 sıranı tutan komandalar final mərhələsinə yüksələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest