25 Avqust 2022, 02:33
AVROPA LİQASI
UEFA reytinqində "köhlən atlar"dan geridə olan bu komandaların Avropa Liqasının qrupuna düşməsi Azərbaycan çempionunun 2-ci səbətdəki yerini dəqiqləşdirib.
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı 2-ci səbətdə yer alacaq. Matc.az xəbər verir ki, buna Türkiyənin "Trabzonspor" və Norveçin "Bodo Qlimt" klublarının UEFA çempionlar Liqasında mübarizəni dayandırması səbəb olub.
UEFA reytinqində "köhlən atlar"dan geridə olan bu komandaların Avropa Liqasının qrupuna düşməsi Azərbaycan çempionunun 2-ci səbətdəki yerini dəqiqləşdirib.
Xatırladaq ki, Avroliqada qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.