26 Avqust 2022, 10:40
AVROPA LİQASI
"Püşkatma mərasiminə birlikdə baxacağıq. Ümid edirik ki, rəqiblərimiz tez müəyyənləşər"
"Azərbaycan təmsilçisi ilə qarşılaşmaq maraqlı olardı. Bu ölkədə olmamışam". Matc.az xəbər verir ki, bunu Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının püşkatması barədə danışarkən deyib.
57 yaşlı mütəxəssis hər hansı rəqiblə düşməyin heç bir əhəmiyyətinin olmadığını bildirib: "Püşkatma mərasiminə birlikdə baxacağıq. ümid edirik ki, rəqiblərimiz tez müəyyənləşər. Səfərləri səbirsizliklə gözləyirəm. Bilmədiyimiz yeni stadionlara gedə bilərik".
Avropa Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. "Qarabağ" püşkatmaya ikinci, "Frayburq" isə üçüncü səbətdən qoşulacaq.