"Azərbaycan təmsilçisi ilə qarşılaşmaq maraqlı olardı. Bu ölkədə olmamışam. Səfərləri səbirsizliklə gözləyirəm. Bilmədiyimiz yeni stadionlara gedə bilərik"

Almaniyanın "Frayburq" komandasının kapitanı Kristian Günter Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib. Matc.az xəbər verir ki, 29 yaşlı sol cinah müdafiəçisi Azərbaycan çempionu "Qarabağ", "Olimpiakos" (Yunanıstan) və "Nant"la (Fransa) birgə G qrupuna düşmələrini belə şərh edib:
 
"Qrupdan çıxmaq artıq elə də çətin deyil. "Olimpiakos"un çox ağır atmosferə malik möhtəşəm stadionu var. "Qarabağ"ın əvəzinə başqa rəqib arzulaya bilərdik. Ən uzun səfərlərimizdən biri Azərbaycana olacaq".
 
Maraqlıdır ki, Günter "Qarabağ"la bir qrupa düşməklərindən şikayətlənsə də, püşkdən öncə bu komandanın baş məşqçisi Kristian Ştrayx tam fərqli açıqlama vermişdi:
 
"Azərbaycan təmsilçisi ilə qarşılaşmaq maraqlı olardı. Bu ölkədə olmamışam. Səfərləri səbirsizliklə gözləyirəm. Bilmədiyimiz yeni stadionlara gedə bilərik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest