27 Avqust 2022, 10:01
AVROPA LİQASI
Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ", "Frayburq" (Almaniya) və "Olimpiakos"la (Yunanıstan) birgə G qrupunda yer alan Liqa 1 təmsilçisinin çalışdırıcısı bunları söyləyib:
"Bəzi futbolçularımız qrup mərhələsində İtaliyanın "Roma", İngiltərənin "Arsenal" və "Mançester Yunayted" klubları ilə düşməyimizi istəyirdi. çətin qrupda yer almışıq. Qrupdakı ən güclü komanda "Olimpiakos"dur. Onlar Yunanıstanda çempion olublar. "Qarabağ" da həmçinin. çünki bu komandalar öz ölkələrinin çempionudurlar. Onlar hər il avrokuboklarda oynayırlar. "Qarabağ" bizdən fərqli olaraq hər il bunu bacarır. Biz isə kiçik barmağıq. Düz xatırlayıramsa, 18-20 ildir, avrokuboklarda çıxış etmirdik. Avrokuboku yenidən kəşf edəcəyik. Futbol meydanda oynanılır. Bu turnirdə sonadək mübarizə aparmaq və Fransa futbolunu layiqincə təmsil etmək niyyətindəyik. Komandanı yaxşılaşdırmağa, daha da güclənməyə çalışacağıq. Bir şey yaxşıdır ki, Avroliqada ilk oyunumuza hələ 10 gün var. çalışacağıq ki, inkişaf edək və bu klubların qarşısına yaxşı vəziyyətdə çıxaq".