27 Avqust 2022, 11:47
AVROPA LİQASI
Avqustun 25-də Kişinyovdakı "Zimbru" stadionunda "Şerif" və Ermənistan "Pünik"i arasında Avropa Liqasının pley-off mərhələsinin oyunu keçirilib. Matc.az xəbər verir ki, qarşılaşma zamanı meydan sahiblərinin azarkeşlərinin olduğu hissədə, birinci hissənin ortalarında tribunalarda Azərbaycan bayrağı asılıb. Bir neçə dəqiqə sonra Moldova polisi işə qarışıb və nəticədə bayraq götürülüb.
"Şerif" penaltilər seriyasında "Pünik"i məğlub edərək Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Tiraspol klubu Avropa Liqasının qrup mərhələsində "Mançester Yunayted", "Real Sosyedad" və "Omoniya" ilə qarşılaşacaq.