Almaniyanın "Frayburq" klubunun yarımmüdafiəçisi Mixael Qreqoriç Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirib. Matc.az xəbər verir ki, avstriyalı futbolçu "Qarabağ", "Olimpiakos" (Yunanıstan) və "Nant" (Fransa) barədə bunları söyləyib:
 
"Bizə 3 əla rəqib düşüb və 3 əla səfərimiz olacaq. Bu rəqiblərlə oyunları səbirsizliklə gözləyirəm. Əsas istəyimiz daha da inkişaf etməkdir. "Şturm Qrats"la eyni qrupa düşməyimizi istəyirdim. Bu komanda ilə rəqib kimi doğma ölkəmdə oynasaydıq, daha xoşbəxt olardım. Lakin təəssüf ki, püşk zamanı "Şturm Qrats"ın 4-cü səbətdən adı "Nant"dan daha erkən çıxdı".
 
"Frayburq" Avroliqada ilk görüşünü sentyabrın 8-də "Europa Park" stadionunda "Qarabağ"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest